ABŞ hakimiyyəti Suriya ilə bağlı sanksiya siyahısına bir Rusiya vətəndaşı və şirkətini əlavə edib.
Yenicag.az xəbər verir ki, məhdudiyyətlər altı fiziki şəxsə, o cümlədən rusiyalı Aleksey Makarova, həmçinin 12 hüquqi şəxsə şamil olunacaq.
Onların arasında Rusiyanın “STG Logistic” şirkəti də var.
Xatırladaq ki, martın 25-də Amerika hakimiyyəti iki fiziki şəxs və 15 şirkəti Rusiyanın sanksiyalar siyahısına əlavə edib./Report/