ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

Vaşinqton fevralın 23-də Rusiyaya qarşı yeni sanksiyalar paketini elan etməyi planlaşdırır.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-nin milli təhlükəsizlik üzrə kommunikasiyalar üzrə müşaviri Con Kirbi bildirib.

Onun sözlərinə görə, yeni paket Navalnının ölümü ilə əlaqədar baş verənlərə reaksiyadır.

Fevralın 19-da ABŞ Prezidenti Co Bayden deyib ki, Vaşinqton Navalnının ölümü ilə bağlı əlavə sanksiyalar tətbiq etməyi düşünür.

Qeyd edək ki, Rusiyanın Yamal-Nenets Muxtar Vilayətinin Penitensiar Xidməti fevralın 16-da Navalnının cəzaçəkmə müəssisəsində öldüyü barədə məlumat yayıb. Məlumata görə, Navalnı gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib. Təcili tibbi yardım briqadası reanimasiya tədbirləri həyata keçirsə də, bu, müsbət nəticə verməyib./Azertag/

COP29