ABŞ xarici işlər naziri Mayk Pompeo Rusiyayla danışıqlara və kompromis əldə etməyə razı olduqlarını bildirib.
Yenicag.az xəbər verir ki, iki ölkə arasındakı fikir ayrılığına səbəb olan bütün məsələlər mayın 14-də Soçidəki görüşdə müzakirə olunacaq.
Qeyd edək ki, Pompeo həmin görüşdə rus həmkarı Sergey Lavrovla görüşəcək.
Bundan əlavə, nazir bildirib ki, Tramp şəxsən Rusiyayla əməkdaşlıqda maraqlıdır.