!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“ABŞ “S-400” məsələsini Türkiyə əleyhinə “bazarlıq” elementinə çevirib” – Qriqori Mavrov

!Reklam – Yazi

“Türkiyə artıq Kiprin şimalı ilə cənubunun birləşdirilməsinə yönəlik danışıqların perspektivinə inanmır”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Türkiyə ilə ABŞ arasında “S-400″ gərginliyinin gedişini və Türkiyə ilə Rusiyanın Suriyada toqquşmaq ehtimalını dəyərləndirən ukraynalı politoloq Qriqori Masvrov deyib.

– ABŞ “S-400″lərə görə Türkiyəyə təzyiqi artırır. Ankara bu məsələnin müzakirəsinə hazır olduğunu bəyan etdikdən sonra, F-35 təyyarələrinin Türkiyəyə verilməməsi problemi qaldırıldı. Sizcə, bu böhran nə ilə nəticələnəcək?

– Bu qarşıdurma tərəflərin hər birinə sərfəlidir. Yəni Türkiyə və ABŞ-la yanaşı, Rusiya da bu məsələnin gündəmdə qalmasında maraqlıdır. Türkiyə elitası bu məsələdən cəmiyyəti davamlı olaraq antiqərb ovqatında saxlamaq və ABŞ-ın alternativlərilə əməkdaşlığın zəruriliyini göstərmək üçün yararlanır. Tramp administrasiyası isə “S-400” məsələsindən Türkiyə əleyhinə “dəyənək” kimi istifadə edir və Ankaranı təzyiq altda saxlamağı özünün maraqlı olduğu müxtəlif münaqişələrdə “bazarlıq” elementinə çevirib. Bu sırada Suriya münaqişəsini xüsusi qeyd edə bilərik. Rusiyaya gəldikdə isə, Türkiyə ilə ABŞ arasında “S-400″lərlə bağlı ziddiyyətlər haqqında məlumatların müntəzəm yayılması, həmin raket komplekslərinin əvəzsiz reklamıdır. Digər tərəfdən, bu, həm də Rusiyanın dünyada cərəyan edən bütün münaqişələrin iştirakçısı olduğunu göstərir. Mənə belə gəlir ki, ABŞ qarşıdakı dövrdə Türkiyə əleyhinə mikrosanksiyalar tətbiq edərək, populist, gurultulu bəyanatlar verməklə kifayətlənəcək. Lakin nəticə etibarilə, Türkiyə” S-400”lərdən imtina etməyəcək. ABŞ-ın isə Türkiyə ilə hərbi-texniki əməkdaşlıq məsələlərinə yenidən baxmaqdan başqa çarəsi qalmayacaq. Ancaq bu addımlar ikitərəfli münasibətlərə ciddi təsir etməyəcək.

– Suriyanın İdlib bölgəsində Türkiyə hərbi kontingentinin mövqeləri Əsəd qüvvələri tərəfindən atəşə tutulur. Türkiyə isə hücumlara tutarlı qarşılıq verir. Məlumdur ki, Əsəd qüvvələri Suriyanın Rusiyanın nəzarətində olan ərazilərində yerləşdirilib. Lakin Rusiya hələ də bu insidentə münasibət bildirməyib. Necə düşünürsüz, İdlib Türkiyə ilə Rusiya arasında “nifaq alması”na çevrilə bilər?

– İdlib özlüyündə Rusiya ilə Türkiyə arasında ciddi məsələdir və Suriyada hələ ki, maraqlarını uzlaşdıra bilən bu ölkələrin münasibətlərinə təsir göstərmək imkanındadır. Bildiyiniz kimi, Rusiyanın Suriya ilə bağlı planlarının kökündə Bəşər Əsədin hakimiyyətini tam şəkildə bərpa etmək dayanır. Hazırda Suriyanın hökumət qüvvələri çox maraqlı “komplektləşmə”yə malikdir. Onun tərkibində Əfqanıstandan gələn muzdluları, “Hizbullah” döyüşçülərini və “səngər”i tez-tez dəyişən müxtəlif silahlı qruplaşmaları görmək olar. O baxımdan, Suriyada “müasir tipli ordu” yaradılmasında söz sahibi olmağa çalışan Rusiya qarşısında o ölkədə ciddi şəkildə möhkəmlənmiş İranı görür. İranın Suriya və bu ölkənin ordusu ilə əlaqədar fərqli planı var. Türkiyə ilə Rusiyanın mövqelərinin yaxınlaşmasında məhz bu məqam da ciddi rol oynayır. Bu yaxınlaşmaya təhlükə yaradan əsas amil isə hər iki ölkəyə bağlı olan hərbi qruplaşmaların razılaşdırılmamış hərəkətləridir. Onların bəzi spontan qərarları Ankara ilə Moskvanı qarşılıqlı münasibətlərə yenidən baxmağa məcbur edə bilər.
O halda İranın Suriyada mövqeyi və təsir imkanları xeyli artacaq.

– Bundan başqa, yunan Kipri bəyan edib ki, Aralıq dənizində geoloji kəşfiyyat aparan Türkiyə gəmiləri həbs olunacaq. Eyni zamanda, Türkiyə ilə Yunanıstanın hərbi gəmiləri Egey və Aralıq dənizlərində bir neçə dəfə təhlükəli dərəcədə yaxınlaşıblar. İki ölkə arasında hərbi toqquşmadan möcüzə sayəsində yayınmaq mümkün olub. Türkiyəli geoloqların mümkün həbsi mövcud vəziyyətə necə təsir göstərə bilər?

– Türkiyə ilə Yunanıstanın münasibətlərindəki gərginlik analitikləri NATO üzvü olan bu ölkələr arasında hərbi toqquşmanın qaçılmazlığı haqda dəfələrlə fikir bildirmək məcburiyyətinə gətirib.
Lakin tərəflər hələ ki açıq hərbi qarşıdurmaya getməyiblər. Hətta Kipr böhranı zamanı da Türkiyə ilə Yunanıstan arasında birbaşa toqquşma olmayıb. Bu ölkələr Egey dənizi akvatoriyasındakı mübahisəli ərazi problemini indiyə kimi həll etməyiblər. O baxımdan, mövcud gərginlik həllini tapmayan “Kipr məsələsi”nin davamı hesab oluna bilər. Bu, həm də o anlama gəlir ki, Türkiyə artıq Kiprin şimalı ilə cənubunun birləşdirilməsinə yönəlik danışıqların perspektivinə inanmır. Yəni adanın türk və yunan icmalarının yenidən birləşməsi imkanları dalana dirənsə də, Kipr yaxınlığındakı təbii qaz yataqlarını lap elə indi də işlətmək mümkündür.

Ona görə də, Türkiyə hakimiyyəti bu çərçivədə aktiv hərəkətlərə, o cümlədən, özünün regiondakı hərbi-dəniz üstünlüyünün nümayişinə hazırdır. Görünən budur ki, sözügedən münaqişəyə yeni “oyunçu”ların, eləcə də bu “qaz savaşı”nda artıq tərəf olan Misir və İsrailin cəlb olunması ehtimalı böyükdür. Türkiyənin isə Kipr yaxınlığında geoloji kəşfiyyat işləri aparan ABŞ-la Avropa İttifaqının yeni sanksiyalarına məruz qalması mümkündür.

Qafqaz Ömərov

www.yenicag.az

3000
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv