ABŞ səfiri Ermənistanla sərhədə baş çəkdi

ABŞ-ın Ermənistandakı səfiri Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyası ilə birgə Azərbaycanla həmsərhəd olan Tavuş bölgəsində olub.

Yenicag.az xəbər verir ki, bu barədə Aİ-nin Monitorinq Missiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub: “ABŞ səfiri Kristina Kvien Tavuş vilayəti ərazisində patrul xidməti üçün Aİ-nin Monitorinq Missyasına qoşulub. Səfər Missiyanın İcevandakı ofisi tərəfindən həyata keçirilib”.