Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Qərargahında partiya sədri, millət vəkili Sabir Rüstəmxanlı ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib.
VHP-nin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanda ictimai-siyasi vəziyyət, Qarabağ münaqişəsi, noyabr ayında keçiriləcək parlament seçkiləri, insan haqları və Azərbaycan-ABŞ münasibətləri müzakirə edilib.
Eyni zamanda səfirə VHP-nin fəaliyyəti və seçkilərə qatılması, seçki hazırlığı barədə məlumat verilib(aznews).