ABŞ səfiri Türkiyə XİN-ə çağırıldı

ABŞ-nin Ankaradakı səfiri Ceff Fleyk Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı diplomatik mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, səfirə cümə günü müxalifətin İstanbulda keçiridiyi mitinqdən əvvəl ABŞ səfirliyinin sərgilədiyi mövqeyi ilə bağlı Türkiyə tərəfinin narazılığı çatdırılıb.

Qeyd edək ki, mayın 20-də Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbulda mitinqi baş tutub. ABŞ-nin Ankaradakı səfirliyi mitinqdən əvvəl vətəndaşlarına xəbərdarlıq edərək bildirmişdi ki, Türkiyə hüquq-mühafizə orqanları sərt davrana bilərlər.