ABŞ-ın Ankaradakı səfiri David Satterfield Türkiyənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Məlumatda bildirilib ki, ABŞ səfiri Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” və “Barış pınarı” hərəkatı ilə əlaqədar qəbul etdiyi qərarlara görə XİN-ə çağırılıb.
Qeyd edək ki, oktyabrın 29-da ABŞ-ın Konqresinin Nümayəndələr Palatası (Aşağı Palata) qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı layihəni qəbul edib. 403 konqresmen qətnamənin lehinə, 16-i isə əleyhinə səs verib.
Bundan başqa, Palata Türkiyənin Suriyanın şimalında apardığı antiterror əməliyyatları ilə bağlı müəyyən sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi qəbul edib.