ABŞ səfirliyi hərbçilərimizin ölümü ilə bağlı başsağlığı verdi

ABŞ-ın Azərbaycandakı səfirliyi Laçın rayonu ərazisində Azərbaycan Ordusunun dörd hərbi qulluqçusun ölümü ilə əlaqədar onların ailələrinə və yaxınlarına başsağlığı verib.

Yenicag.az xəbər verir ki, bu barədə səfirliyin X hesabında paylaşım edilib.

“Dörd Azərbaycan hərbçisinin faciəvi ölümü ilə bağlı onların yaxınlarına, dostlarına və həmkarlarına dərin hüznlə başsağlığı veririk”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, iyulun 30-u xidmətdən kənar saatlarda Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən ilkin ehtimala görə zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları kapitan Emnalıyev Asif Qəhrəman oğlu, gizir Cəbrayılov Fərid Famil oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Səmədov Tural Maşallah oğlu və çavuş Şahmarlı Emin Oqtay oğlunun meyitləri aşkar edilib.

COP29