Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

ABŞ səfirliyi yaxınlığında partlayış:  Ölən və yaralananlar var - YENİLƏNİB  

Əfqanıstanın paytaxtında baş verən partlayış zamanı ölənlərin sayı artıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi Nacib Danş özünün “Twitter” səhifəsində məlumat verib. Onun sözlərinə görə, partlayış qurbanlarının sayı 4 nəfərə çatıb, daha 3 nəfər xəsarət alıb.

***

Kabildə ABŞ səfirliyi yaxınlığında partlayış olub.

Yenicag.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Partlayış “Kabul Bank”ın girişində, ABŞ diplomatik missiyasının yerləşdiyi ərazidə qeydə alınıb. Hadisə nəticəsində ən azı 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Əfqanıstan Səhiyyə Nazirliyinin nümayəndəsi Vahid Macurun sözlərinə görə, həlak olanların sayı arta bilər.

Yenicag.az

www.yenicag.az

408
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM