ABŞ səfirliyindən MÜRACİƏT: Azərbaycan-Ermənistan sərhədində nə baş verəcək?

ABŞ-nin Ermənistandakı səfirliyi vətəndaşlarına xəbərdarlıq edib.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bu gün, fevralın 2-də ABŞ-nin Ermənistandakı səfirliyi xəbərdarlıq yayıb. Xəbərdarlıqda səfirliyin əməkdaşlarını və onların ailə üzvlərini Ermənistanın müəyyən ərazilərinə səfər etməməyə çağırış edilib.

Qeyd olunur ki, sonuncu bildirişdən fərqli olaraq bu dəfəki xəbərdarlıqda yumşalmalar ver.

“ABŞ səfirliyinin əməkdaşlarına və onların ailə üzvlərinə son bildirişdən sonra məhdudiyyətlərin yumşaldılmasını əks etdirən aşağıdakı yerlərə vacib olmayan bütün səyahətlər qadağandır:

Geqarkunik, Vardenis (Basarkeçər – red.), Sünik (Zəngəzur – red.), Gorus,
Qafan, Yerasx (Arazdəyən – red.) kəndi.

ABŞ vətəndaşları Ermənistan və Azərbaycan arasındakı bütün beynəlxalq sərhədlərin yaxınlığında ehtiyatlı davranmağa davam etməlidir.
Nəzərə alın ki, yolun bəzi hissələri əvvəlcədən xəbərdarlıq edilmədən beynəlxalq sərhədləri keçə bilər.
Yollar nəzarət-buraxılış məntəqələri tərəfindən idarə oluna və ya xəbərdarlıq edilmədən səyahətçilər üçün bağlana bilər”, – xəbərdarlıqda deyilir.

Xuraman Etibarlı

COP29