ABŞ səfirliyindən Xocalı soyqırımı PAYLAŞIMI

ABŞ-nin Azərbaycandakı səfirliyi Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı paylaşım edib.

Yenicag.az xəbər verir ki, Səfirliyin “Twitter” hesabında səfir Örl Litzenberqin sözləri dərc olunub:

“Bu gün biz Azərbaycan xalqının kədərini paylaşır və 1992-ci ildə Xocalıda həyatını itirənlərin xatirəsini ehtiramla yad edirik”