ABŞ Senatının Kəşfiyyat üzrə Komitəsi Rusiyanın kiberhücumlarına dair araşdırmalara başlayır.
Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, bu barədə Senatın bəyanatında bildirilir.
Məlumata görə, Senat həmçinin rəsmi Moskvanın ABŞ-da hər-hansı siyasi kampaniya ilə bağlılığını yoxlamaq niyyətindədir. Senat Komitəsi adıçəkilən ehtimallarla bağlı Barak Obama və Donald Tramp administrasiyalarının rəsmilərini sorğu-sual edəcək.
Xatırladaq ki, yanvarın 6-da ABŞ-ın xüsusi xidmət orqanları Rusiyanın ölkədəki seçkilərə müdaxilə etməsinə dair hesabat yayıblar. Rusiya ittihamları əsassız adlandıraraq rədd edir.
Yeniçağ.Az