ABŞ SEPAH-ı terror təşkilatı elan etdi – İran nota verdi

ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıyıb.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.

“ABŞ Dövlət Departamentinin rəhbərliyi ilə atılan bu addımla nəinki İranın terrorizmin sponsoru olduğu, hətta SEPAH-ın terrorçuluq fəaliyyətlərində yaxından iştirak etdiyi, onu maliyyələşdirdiyi, dövlət səviyyəsində terrorçuluğu dəstəklədiyi təsbit olunur”, – o qeyd edib.

Tramp ABŞ-ın İrana təzyiqləri davam etdirəcəyini də vurğulayıb.

İran da ABŞ-a qərarla bağlı nota verib.

“İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif İranın Milli Təhlükəsizlik Ali Şurasının rəhbəri Həsən Ruhaniyə məktub ünvanlayıb. Məktubda Milli Təhlükəsizlik Ali Şurasına təklif edib ki, ABŞ-ın Yaxış Şərqdəki “CENTCOM” adı ilə tanınan Silahlı Qüvvələrini terror təşkilatarı siyahısına salsın”, – deyə İran XİN-in yaydığı məlumatda vurğulanıb.

Xatırladaq ki, ötən həftəsonu iranlı millət vəkili Seyid Cavad Sədatinejad “Fars” agentliyinə açıqlamasında cavab addımı kimi ABŞ Silahlı Qüvvələrini terrorçu təşkilatlar siyahısına salacaqlarını açıqlamışdı.