Ağ ev aparatının rəhbəri Con Kelli ABŞ-ın Meksika ilə sərhədinə yerləşdirilmiş hərbçilərə zərurət yaranacağı təqdirdə atəş açmaq icazəsi verib.
Yenicag.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə artıq memerandum imzalanıb.
Memerandum ABŞ kontingentinə müdafiə nazirliyinin sərhəd-nəzarət məntəqəsi əməkdaşlarının müdafiəsi üçün zəruri bildiyi hərəkəti etməyə icazə verir.
Burada həmçinin söhbət güc tətbiqi ilə kütləyə nəzarət, müvəqqəti saxlama və qısa axtarışdan gedir.