ABŞ Səudiyyə Ərəbistanına silah satışını təsdiqlədi

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə 5,3 milyard dollarlıq yeni silah satışına icazə verib.

Yenicag.az xəbər verir ki, müqavilə çərçivəsində ABŞ BƏƏ-yə THAAD, Səudiyyə Ərəbistanına isə “Patriot” raket sistemi verəcək.

ABŞ, xüsusilə Rusiyanın Ukrayna işğalına başlamasından sonra Səudiyyə Ərəbistanı ilə münasibətləri yaxşılaşdırmağa çalışır.

Daha əvvəl Bayden administrasiyasının Yəməndəki müharibə səbəbindən Səudiyyə Ərəbistanına “hücum silahları” satışına qoyulan qadağanı aradan qaldırmağı düşündüyü xəbəri yayılmışdı.