Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

ABŞ Səudiyyə Ərəbistanını İranla əvəzləyir

Bu ilin may ayında ABŞ İrandan neft idxalını artıraraq gündəlik 1,1 milyon barelə çatdırıb.

Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, bu göstərici ABŞ Energetika Nazirliyinin məlumatında əks olunub. İrandan idxalın artması Səudiyyə Ərəbistanının ABŞ-a neft ixracını məhdudlaşdırması ilə əlaqədar olub.

Belə ki, Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih ABŞ-da neft ehtiyatlarının artdığını və bunun neft qiymətlərinin yüksəlməsinə mane olduğunu qeyd edib. Bundan əlavə, iyun ayının ilk həftəsində bu göstərici 5 illik maksimuma çatıb. Odur ki, ölkə ABŞ-a neft ixracına məhdudiyyət tətbiq edib.

Qeyd edək ki, OPEC+ sazişi iştirakçı ölkələrin neft ixracına heç bir məhdudiyyət qoymur. Ona görə də, son aylarda Səudiyyə Ərəbistanı ABŞ-a gündəlik orta hesabla 1,21 milyon barel neft tədarük edib. Bu isə 2014-cü ildən etibarən rekord göstərici hesab olunur.

May ayında “Saudi Aramco” Çin, Cənubi Koreya, Cənub-Şərqi Asiya, Yaponiya və Hindistana “qara qızıl” ixracını azaldacağını elan edib.

Yenicag.az

www.yenicag.az

501
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM