Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

ABŞ Səudiyyəyə qarşı sanksiyalara başladı: 21 səlahiyyətlinin vizası ləğv edildi

ABŞ səudiyyəli jurnalist Camal Qaşıqçının ölümüylə əlaqəli Səudiyyə Ərəbistanlı 21 səlahiyyətlinin vizalarını ləğv edib.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyi spikerlərindən biri Anadolu Agentliyinə bildirib.

Spiker, “Nazirlik, Miqrasiya və Vətəndaşlıq nizamnaməsinə uyğun olaraq viza sahibinin ABŞ-a daxil olmasının uyğunsuz olduğu müəyyən edildiyi anda həmin şəxsin vizasını ləğv etmək ixtiyarındadır” – deyə qeyd edib.

Sanksiya səbəbləri barədə danışan spiker, buna tək səbəbin həmin şəxslərin Qaşıqçının ölümündə günahkar olmalarını göstərilib.

Qeyd edək ki, ABŞ Xarici İşlər Naziri Maykl Pompeo dünən təşkil etdiyi mətbuat konfransında, jurnalistin ölümündə əli olan səudiyyəlilərin vizalarının ləğv ediləcəyini bildirmişdi. Eyni zamanda sanksiyaların fərqli formada da davam etdiriləcəyinin mesajı verilib.

Həşim Səhrablı

www.yenicag.az

13528
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100