ABŞ şou-biznesində dəhşətli cinayət – Məşhur müğənnilərin adı hallanır

“Last Night”, “Coming Home” və “Bad Bod for Life” kimi mahnıları ilə tanınan “Diddy” ləqəbli amerikalı aktyor, prodüser və reper Şon Kombs haqqında illeqal seks ticarəti, narkotik və pedofiliya ilə bağlı başlayan iddialar böyüməkdə davam edir.

Yenicag.az xəbər verir ki, sözügedən iddialar Hollivudun, ümumilikdə isə ABŞ şou-biznesinin qaranlıq tərəflərini bir daha ortaya qoyub.

Qeyd edək ki, “Puff Diddy” ləqəbli reper keçən həftə seks alveri, təcavüz, cinsi istismar və cinayət qruplaşma yaratmaq ittihamları ilə həbs edilib. Şərti azad edilməsi ləğv olunan və hazırda həbsxanada saxlanılan müğənninin 50 milyon dollar girov tələbi də məhkəmə tərəfindən rədd edilib.

Qərb mediası yazır ki, onun qurbanları arasında dünya şöhrətli müğənni Castin Biberin də olduğu bildirilir.

Məlumata görə, “Diddy”nin keçmiş sevgilisi Kessidən (Kassandra Ventura) keçən ilin noyabrında şikayət edərək, 2018-ci ildə ondan ayrılmağa çalışdıqdan sonra təcavüzə məruz qaldığını söyləyib. Nəticədə isə 54 yaşlı Kombs bazar ertəsi, sentyabrın 16-da Nyu-York hotellərindən birində fahişəliyə cəhd, zorla cinsi ticarət və insan alveri ittihamları ilə FBI tərəfindən həbs edilib.

Kombsun “cinsi istəklərini təmin etmək, reputasiyasını qorumaq və davranışını gizlətmək üçün ətrafdakı qadınları istismar edib hədələdiyi cinayət təşkilatı yaratmaqda” maddələri ilə ittiham olunduğu bildirilir. İddia edilir ki, Kombs narkotik vasitələrin, zorakılığın və statusunun gücü ilə qadınlara təcavüz edib.

“Diddy”nin bir müddət prodüseri olduğu 18 yaşlı dünyaca məşhur pop-ulduz Castin Biberlə də kasetinin olduğu ittiham aktı sənədlərində qeyd olunub. Biberin uzun illər Şon “Diddy” Kombs tərəfindən cinsi istismara məruz qaldığı deyilir.

Sözügedən ittiham fonunda FBI-ın keçirdiyi reydlər zamanı müğənninin evinin altında tunellərin olduğu qeyd edilib. Bu isə ilin əvvəlində onlarla qıza qarşı cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaq ittihamı ilə mühakimə olunan və həbsdə olarkən ölən iş adamı Cefrey Epşteyn işinin ikinci versiyası kimi ABŞ ictimaiyyəti tərəfindən qəbul edilir.

ABŞ-də rezonansa səbəb olan “Diddy dosyesi”ndə adı keçən şəxslərlə bağlı ittihamlar isə hər keçən gün yenilənir. Belə ki, dosyedə adı hallanan məşhurlardan Kardaşyan bacıları, “Diddy”nin keçmiş sevgilisi Cennifer Lopez, Naomi Kempbell, Denzel Vaşinqton, Cimmi Kimmel, Kris Broun, Frenç Montana, Kanye Uest, Uill Smit və C. Lopezin keçmiş əri Mark Antoninin “Diddy”nin təşkil etdiyi illeqal seks şənliklərində iştirak etməsi üzə çıxıb.

Bundan əlavə, siyahıda Obama ailəsi, məşhur amerikalı aparıcı Opra Uinfrey, Beyonsenin bacısı müğənni Solanc Nouls, Lusien Qreyns, Suizz Bits, Stivi Cey, Paris Hilton və Trey Sonqs kimi tanınmışların da adı yer alıb.

Rafi Müslümov

COP29