Səudiyyə Ərəbistanından sonra daha bir ərəb ölkəsi Suriyaya əsgər göndərməyə hazırlaşır.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Suriyanın şimalında ərəblərdən ibarət hərbi qüvvə yaratmağı planlaşdırır. Bu məqsədlə də, ərəb ölkələrindən həmin bölgəyə dəstək tələb olunur.
Misirin xarici işlər naziri Sami Şükrü digər ölkələrlə birlikdə Suriyaya əsgər göndərməyi müzakirə etdiklərini bildiriblər.
Qeyd edək ki, daha əvvəl də Səudiyyə Ərəbistanı koalisiya qurulucağı təqdirdə hərbi dəstək veriləcəyini bildirmişdi.