ABŞ Suriyanı bombaladı

ABŞ Hərbi Hava Qüvvələrinin iki qırıcısı Suriyanın Deyr-əz-Zor əyalətinə fosforlu döyüş sursatları ilə zərbə endirib.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiyanın Suriyada Düşmən Tərəflərin Barışdırılması Mərkəzinin rəhbəri general-leytenant Vladimir Savçenko məlumat verib.

“Amerika aviasiyasının F-15 təyyarələri sentyabrın 8-də fosforlu yandırıcılı döyüş sursatlarından istifadə etməklə Deyr-əz-Zor əyalətinin Hacin yaşayış məntəqəsinə zərbə endirib”, – deyə o bildirib.

Savçenko qeyd edib ki, zərbələr nəticəsində güclü yanğınlar baş verib, ölən və yaralananlar barədə məlumat dəqiqləşdirilir.

O həmçinin xatırladıb ki, bu kimi sursatların tətbiqi 1949-cu il tarixli Cenevrə konvensiyasına əlavə protokol ilə qadağan edilir.

COP29