Birləşmiş Ştatlar İdlib şəhərinə “kimyəvi hücum”a görə Suriyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin məlumatında bildirilir.
Qadağalar Suriya ordusunun Xan-Şeyxun yaşayış məntəqəsində “tətbiq etdiyi kimyəvi silah”ın istehsal olunduğu elmi-tədqiqat mərkəzinin 271 əməkdaşına şamil edilib.
İdlib şəhərinə “kimyəvi hücum” aprelin 4-də baş verib. Hadisədə Suriya hökuməti ittiham olunsa da, bununla bağlı heç bir dəlil gətirilməyib.
Yeniçağ.Az