ABŞ sutkalıq neft istehsalını artıracaq

ABŞ-ın gündəlik xam neft hasilatı cari ildə 1,4 milyon barrel/gün artacaq.

Yenicag.az xəbər verir ki, bu proqnozla ABŞ-ın qabaqcıl investisiya banklarından “Goldman Sachs” çıxış edib.

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, hazırda Birləşmiş Ştatların sutkalıq neft istehsalı rekord səviyyəyə – 12 milyon barrelə çatıb. EIA ABŞ-ın neft hasilatının bu il sutkalıq orta hesabla 12,4 milyon barrel, gələn il isə 13,2 milyon barrel olacağını proqnozlaşdırır./AZƏRTAC/