!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“ABŞ terrorçu PKK-ya dəstəyi dayandırmasa...” - Politoloq fikri

!Reklam – Yazi

Bu günlərdə Vaşinqtonun son bir ildə PKK terror təşkilatına 38 milyon dollar məbləğində silah verməsi ilə bağlı iddialar meydana çıxıb. Qeyd edək ki, vaxtilə sovet imperiyasının mənəvi və maddi dəstəyilə yaradılan bu terror təşkilatına son illər ABŞ rəhbərlik etməyə başlayıb. PKK və onun Suriya qanadının hazırda bu ölkənin şimalına nəzarət etməsinə yardım edən amillərdən biri də məhz ABŞ-ın ona verdiyi bu dəstəkdən ibarətdir.

Görəsən, ABŞ-ın PKK-ya verdiyi bu dəstəyin arxasında nə dayanır? Nədən Vaşinqton NATO üzrə müttəfiqi Türkiyəyə deyil, PKK kimi terror təşkilatı və onun Suriya qanadına bu qədər önəm verir?

Yeniçağ.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Türkiyənin başı üzərindən PKK-ya dəstək vermək Vaşinqtonun yürütdüyü köhnə siyasətin nəticəsidir:

“Son illər Vaşinqtonun PKK-ya bu və ya digər şəkildə lojistik dəstək verdiyi barədə şübhələr var. Digər tərəfdən, ABŞ PKK-nın Suriyadakı iki qoluna da dəstək verirsə, bu, elə PKK-ya verilən dəstək anlamına gəlir. Amma hazırda Amerika iqtidarında yeni administrasiyadır. Tramp administrasiyası Türkiyə ilə münasibətləri istiləşdirməyə çalışır. Təsadüfü deyil ki, Tramp seçiləndən dərhal sonra ilk olaraq, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərini məhz Türkiyəyə göndərdi. Bu günlərdə də məşhur senator Makkeyni də Türkiyəyə səfər edərək, şəxsən Ərdoğanla görüşdü. Yəqin ki, Ankara PKK-ya dəstəklə bağlı narazılığını amerikalılara da çatdırıb. Ona görə indiyə kimi ABŞ PKK-ya dəstək veribsə, gərəkdir ki, ondan əl çəksinlər. Əks halda, Vaşinqton-Ankara münasibətləri istiləşməyəcək. ABŞ-ın PKK-ya dəstək verməsi Ağ evin yürütdüyü köhnə siyasətin nəticəsidir. Vaşinqton bəzən strateji müttəfiqlə əlaqələrə üstünlük versə də, bir sıra hallarda belə bir müttəfiqini cəzalandırmaq yolunu tutur. Görünür, Türkiyənin xarici siyasətdə Rusiya ilə yaxınlaşma siyasəti və ya Ankaranın bölgədə artan nüfuzu Vaşinqtonun xoşuna gəlməyib. Ona görə də Türkiyəni zəiflətmək üçün PKK-ya dəstəkdən istifadə edirlər. Lakin hesab etmirəm ki, Amerikada hamı bu düşüncədədir. Bəziləri Türkiyəyə dəstək olur, digərləri də PKK-ya silah-sursat ötürməyə üstünlük verir. Amerikada Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsinin Türkiyənin düşmənlərinə dəstək verdiyini düşünmürəm”.

ELÇİN

Yeniçağ.az

www.yenicag.az

604
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv