ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Con Bolton Türkiyənin Vaşinqtondakı səfiri Serdar Kılıç ilə keşiş Endryu Branson məsələsini müzakirə edib.
Yenicag.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Yayılan məlumata əsasən, söhbət zamanı həmçinin Türkiyə-ABŞ münasibətlərinin son vəziyyətindən də danışılıb.
Xatırladaq ki, iki ölkə arasında siyasi gərginlik Türkiyədə həbs edilən amerikalı rahib Endryu Bransona görə başlayıb. Ötən həftə Vaşinqtonda iki ölkə rəsmiləri arasında bu mövzu ilə əlaqədar görüş keçirilib.