ABŞ-ın Xarici İşlər Nazirliyinin mətbuat katibi Heather Nauert, Rusiya və Türkiyə arasında imzalanan müqaviləni şərh edib.
Xəbər verdiyimiz kimi, iki ölkə arasında əldə olunan razılığa əsasən, Türkiyə yaxın günlərdə Rusiyadan S-400 raket müdafiə sistemləri alacaq.
Nauert bu razılaşmanın NATO üçün ürəkaçan olmadığını bildirib:
“NATO üzvü olan ölkələrin NATO sistemlərinə uyğun hərbi sursatlardan istifadə etməyi çox əhəmiyyətlidir. Əgər Türkiyə Rusiyadan S-400 müdafiə sistemlərini alarsa, bu, standartlara uyğun gəlməyəcək və bizim üçün narahatlıq yaradacaq”.