ABŞ Türkiyədəki konsulluğunu bağladı

ABŞ-nin Ankaradakı səfirliyi əməkdaşlarına ölkə daxilində hərəkəti minimuma endirməyi tapşırıb.

Yenicag.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin saytında məlumat yerləşdirilib.

Bildirilib ki, önümüzdəki həftələrdə gözlənilən nümayişlər səbəbilə Adana şəhərindəki ABŞ konsulluğunun bağlanması ilə bağlı qərar verilib.