ABŞ Türkiyədəki səfirliyini birgünlük bağladı – Səbəb

ABŞ-ın Ankaradakı səfirliyi martın 5-də fəaliyyət göstərməyəcək.

Yenicag.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi saytında məlumat yer alıb.

Bəyanatda təhlükəsizlik məqsədi ilə belə addımın atıldığı bildirilir: “Ankaradakı səfirlik ABŞ vətəndaşlarını martın 5-də təhlükəsizlik təhdidləri ilə əlaqədar işləməyəcəyi barədə məlumatlandırır. Səfirlik fəaliyyətinin bərpa olunduğunu sonradan elan edəcək”.

Bildirilir ki, diplomatik missiya işləmədiyi müddətdə yalnız fövqəladə vəziyyətlərdə köməklik göstərəcək.

COP29