ABŞ Türkiyədən Suriya ərazisini bombalamağa başladı

104828_res_01ABŞ Türkiyədən Suriya ərazisinə ilk hava zərbələri endirib.

Yenicag.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Türkiyə iyulda ABŞ-a özünün hərbi bazalarından İŞİD-in Suriyadakı mövqelərini bombardman etməyə icazə verib. Həmçinin iki ölkə Suriya hökumət qoşunları və “Cəbhət ən Nüsrə” qruplaşması tərəfindən sıxışdırılan müxalif qüvvələr üçün “təhlükəsizlik zonasının” yaradılmasını müzakirə edib.