ABŞ Türkiyəni sanksiyalarla hədələdi – S-400 raketlərinə görə

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçell bildirib ki, rəsmi Ankara Rusiyanın S-400 raketlərini alacağı təqdirdə Türkiyəni sanksiyalarla müşahidə edilən xoşagəlməz nəticələr gözləyir.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, o, ABŞ-ın “Amerikaya qarşı çıxanlar əleyhinə sanksiyalar haqqında” qanuna uyğun olaraq Türkiyəyə sanksiyalar tətbiq edəcəyini bildirib.

U.Mitçell onu da qeyd edib ki, Türkiyə Rusiya silahını əldə edəcəyi təqdirdə Amerika-Türkiyə münasibətləri çox güclü şəkildə dəyişəcək və bu münasibətləri bərpa etmək çətin olacaq.

COP29