Amerika Birləşmiş Ştatları (ABŞ) Türkiyə Ədliyyə Nazirliyinin nümayəndə heyətinə viza verməkdən imtina edib.
Yenicag.az qonşu ölkə mətbuatına istinadən xəbər verir ki, 5 nəfərdən ibarət nümayəndə heyəti ABŞ-a səfər etmək niyyətində imiş. Onlar iki ölkə arasında yaranmış viza gərginliyinin aradan qaldırılması üçün danışıqlar aparmaq istəyində olublar.
Lakin rəsmi Vaşinqton Türkiyəyə qarşı tətbiq olunan məhdudiyyət səbəbindən onlara viza verməyib.