ABŞ Türkiyəyə qarşı viza məhdudiyyətini qismən aradan qaldırdı

ABŞ Türkiyəyə qarşı tətbiq etdiyi viza məhdudiyyətini qismən aradan qaldırıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bundan sonra müalicə məqsədilə və digər humanitar məsələlərlə əlaqədar ABŞ-a getmək istəyən Türkiyə vətəndaşlarına viza veriləcək. Bu barədə ABŞ-ın Türkiyədəki səfirliyi məlumat yayıb. Vizanı yalnız ABŞ-ın Ankaradakı səfirliyi və İstanbuldakı Baş Konsulluğu verəcək.

Qeyd edək ki, ABŞ dövlət katibinin müavini Conatan Kohenin rəhbərlik etdiyi nümayəndə heyəti viza probleminin həlli ilə bağlı Ankaraya rəsmi səfərə gəlib.

Xatırladaq ki, bir müddət öncə ABŞ İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun saxlanılmasından sonra Türkiyəyə qarşı viza verilməsini dayandırıb. M.Topuz FETÖ ilə işbirliyində təqsirli bilinərək saxlanılıb.

COP29