ABŞ Türkiyəyə sanksiya tətbiq edəcək – “S-400″lərə görə

ABŞ Prezidenti Administrasiyası Rusiyadan S-400 zenit raket kompleksləri aldığı üçün Türkiyəyə qarşı sanksiya paketi hazırlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Bloomberg”in yaydığı məluatda qeyd olunub.

Məlumatda bildirilib ki, sanksiyanın tətbiqi yaxın günlərdə rəsmən elan olunacaq: “Üç müxtəlif sanksiya paketi arasında ən məqsədəuyğunu seçilib. Sanksiyaların nədən ibarət olacağı və hansı sahələri toxunacağı məlum deyil. Gələn həftənin sonunda Vaşinqton sanksiyanın tətbiqi barədə açıqlama verəcək”.