!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“ABŞ Türkiylə ilə Azərbaycanın yaratdığı yeni reallığı qəbul etməkdədir” – ŞƏRH

!Reklam – Yazi

“Nəhəng dövlətə rəhbərlik edən ən önəmli şəxslərdən birinin bu cür fikirlər səsləndirməsi sürpriz sayılmamalıdır”.

Yenicag.az xəbər verir ki, bunu ötən gün ABŞ dövlət katibi Entoni Blinkenin prezident İlham Əliyevlə telefon danışığının məqsədini dəyərləndirən Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov deyib.

Siyasi şərhçiyə görə, bu addım ilə ABŞ həmişəki kimi ikili standartlara əsaslanan siyasətini davam etdirdiyini göstərir:

“ABŞ bir tərəfdən dəstəklərindən yararlandığı dünya ermənilərinə dəyərsiz və boş bir ifadə hədiyyə edir, digər tərəfdən isə həm Azərbaycan, həm də bizim ən yaxın müttəfiqimiz olan Türkiyə ilə münasibətləri qorumağa çalışır.

Bu prosesdə təəccübləndirici heç nə yoxdur. Bu, ABŞ-ın iki əsr yarımlıq mövcud olduğu dövr ərzindəki getdiyi yol, apardığı siyasətdir. Sadəcə, işin qəribə tərəfi odur ki, son ABŞ adminstrasiyası bu siyasəti ya çox kobud, ya da səriştəsiz şəkildə aparır. ABŞ-ın ikili standartlara əsaslanan siyasətinin yeni bariz nümunəsi də elə eyni tarixdə, elə həmin dövlət katibi Blinkenin səsləndirdiyi fikirlər olub.

Belə ki, o dünən etdiyi başqa bir çıxışında prezident Baydenin “soyqırımı” ifadəsinin sürpriz olmadığını qeyd edib. ABŞ kimi nəhəng dövlətə rəhbərlik edən ən önəmli şəxslərdən birinin bu cür fikirlər səsləndirməsi sürpriz sayılmamalıdır.

Əgər ABŞ özünə müttəfiq saydığı dövlətin, onun düşməni olan Rusiyanın müdafiə sistemlərini almasından bu qədər narahat olursa, bu, çox şeydən xəbər verir. Bir daha nəzərə alaq ki, söhbət Türkiyənin Rusiyadan aldığı S-400 tipli hücum deyil, məhz müdafiə sistemindən gedir”.

Xəyal Bəşirov bildirib ki, bütün hallarda Azərbaycan və Türkiyə mövcud reallıqları nəzərə alaraq yalnız irəliyə baxmalıdır:

“Bizi yüz il əvvələ aid saxta ittihamlarla yolumuzdan döndərmək olmaz. Çünki biz yeni bir reallıq müəyyənləşdirmişik və təbii ki, bu reallığı həzm etməyənlər olacaq. Ancaq hazırda görünən odur ki, ABŞ da bu reallığı dərk və qəbul etməkdədir. Bəlkə bu səbəbdəndir ki, hər şeyə rəğmən, ölkənin üçüncü ən yüksək vəzifəli şəxsi səviyyəsində və elə prezident Baydenin göstərişi ilə bizə doğru addım atılır”.

Gülşən Şərif

www.yenicag.az

577
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv