“ABŞ Ümumdünya Ticarət Təşkilatından (ÜTT) çıxarsa, onun iqtisadiyyatı üçün həyati təhlükələr yaranacaq”
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya İqtisadi İnkişaf Nazirliyi bəyanat yayıb.
“Trampın dediyi kimi ÜTT-dən çıxış reallaşacağı təqdirdə, ABŞ iqtisadiyyatı ölümcül təhdidlərlə qarşıla bilər. Buna görə də Amerikanın ÜTT-dən hazırkı vəziyyətdə çıxışı ölkə taleyi üçün iqtisadi son olacaq. Həm də bu, prezidentin arzusu ilə baş tutacaq məsələ deyil. Bunu konqres də təsdiq etməlidir” – deyə nazirliyin bəyanatında bildirilir.