!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ üçün Qafqazda “ERMƏNİ TRAMPLİN”İ: “Azərbaycana bu yolla təzyiq göstərmək cəhdi...”

!Reklam – Yazi

“Hazırda ABŞ və Fransa həm də gərəksiz qurum olan Minsk qrupunu dirçəltməyə çalışırlar”.

Bu fikirləri ABŞ ilə Fransa səfirlərinin Şuşaya səfərdən növbəti dəfə imtina etmələrinin və rəsmi Bakının bu davranışa sərt reaksiyasının qarşılıqlı münasibətlərə mümkün təsirindən danışan Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında qeyd edib.

Onun fikrincə, bu sərt davranışların gələcəkdə münasibətlərə necə təsir göstərəcəyi barədə indidən danışmaq çətindir:

“Hesab edirəm ki, ABŞ və Fransa səfirlərinin Şuşaya səfərdən boyun qaçırmaları diplomatik-etik qaydalara uyuğn deyil. Əslində, diplomatik etiket tələb edir ki, rəsmi səviyyədə dəvət varsa, bunu dəyərləndirmək zəruridir.

Bildiyiniz kimi, daha əvvəl də bu hal baş vermişdi. Şuşaya səfər təşkil olunanda bu ölkələrin diplomatları oraya getməkdən imtina etmişdilər. Bu isə artıq o deməkdir ki, onlar Azərbaycan hökumətinin Şuşa üzərində suverenliyini tanımırlar. Əlbəttə ki, belə mövqe qəbuledilməzdir.

Ona görə də Azərbaycan hökumətinin mövqeyini tamamilə haqlı sayıram. Belə davranışlara sərt mövqe ifadə olunmalıdır. Bildiyiniz kimi, hazırda ABŞ və Fransanın həm də gərəksiz qurum olan Minsk qrupunu dirçəltmək cəhdləri mövcuddur. Bu da o deməkdir ki, ABŞ və Fransa bu yolla Azərbaycana təzyiq göstərməyə çalışır.

Digər tərəfdən, Şuşaya səfərdən imtina etmək o dövlətlərin Azərbaycana münasibətinin göstəricisidir. O baxımdan, belə münasibətin də adekvat qarşılığının olması təbiidir.

Eyni zamanda, bu sərt davranışların gələcəkdə münasibətlərə necə təsir göstərəcəyi barədə indidən danışmaq çətindir. O da unudulmamalıdır ki, ABŞ-nin Azərbaycanda müəyyən maraqları var. Amma, təəssüf ki, ABŞ bu maraqlarını ermənilər vasitəsilə təmin etməyə çalışır. Həm də bu səbəbdən Azərbaycanın bu kontekstdəki mövqeyi çox doğrudur”.

A.Zeynalov

www.yenicag.az

584
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv