“Birləşmiş Ştatlar Ukrayna savaşının hərbi yolla həllinin mümkünlüyünə inamını hələ itirməyib”.
Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bu fikirləri ABŞ-nin Ukrayna ilə bağlı danışıqlara hazırlıq niyyəti barədə danışan amerikalı polkovnik, ölkənin müdafiə nazirinin sabiq müşaviri Duqlas Makqreqor deyib.
Polkovnikin fikrincə, ABŞ Ukrayna savaşının hərbi yolla həllinin mümkünlüyünə inamını hələ itirməyib:
“Vaşinqton Moskvaya Ukrayna böhranını dinc yolla həlli prosesində iştirak etmək arzusunun olmadığına dair siqnallar ötürür.
Bu da onunla bağlıdır ki, Birləşmiş Ştatlar Ukrayna savaşının hərbi yolla həllinin mümkünlüyünə inamını hələ itirməyib.
O səbəbdən, ABŞ hərbi variantdan başqa hər hansı həll prosesində maraqlı olmadığını nümayiş etdirir. Vaşinqton bu çərçivədə hər hansı danışığı məqbul saymır”.