ABŞ hökuməti Ukraynaya göstərilən yardımlara nəzarət məqsədilə daha 20 milyon dollar ayıracaq.
Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin yaydığı bəynatada qeyd olunub.
“ABŞ hökuməti ABŞ-nin Ukraynaya birbaşa büdcə dəstəyinə nəzarəti və şəffaflığı daha da gücləndirmək üçün əlavə 20 milyon dollar ayıracaq” – sənəddə qeyd edilib.
Bunun “Ukrayna hökumətinin hesabatlılığını gücləndirmək” məqsədi daşıdığı da vurğulanıb.