ABŞ Ukraynanı peşkəş VERİR: “Maraqların toqquşduğu ziddiyyətlər çoxdur” – VİDEO

“İlkin məqamda Tramp Putinlə müəyyən razılaşma əldə edəcək”.

Bunu Yenicag.az-a açıqlamasında Rusiya-Ukrayna müharibəsi ətrafında Vaşinqtonun Kreml ilə birbaşa danışıqlarda maraqlı olmasının pərdəarxası faktlarından danışan politoloq Vəli Əlibəyov deyib.

Onun sözlərinə görə, danışıqlarda Ukraynanın iştirak etməməsi Kiyev üçün vəziyyətin pis olacağı mənasına gəlmir.

“Tramp administrasiyası Rusiyanın nə istədiyini, imperiya maraqlarını çox yaxşı bilir. Sadəcə indiki halda anlayırlar ki, Ukrayna prezidenti Volodimir Zelenskinin danışıqlarda iştirakı vəziyyəti daha da dalana dirəyə bilər. Çünki indiyə qədər danışıqlar baş tuta bilməyibsə, demək ki, maraqların toqquşduğu ziddiyyətlər çoxdur”, – deyə o bildirib.

Ətraflı tam olaraq videomaterialda:

Nəsimi Ələsgərli

Samir Məcidov