ABŞ Ukraynaya “Patriot” zenit-raket komplekslərinin daxil olduğu 1,8 milyard dollar dəyərində hərbi yardım göndərəcək.
Yenicag.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinkenin yazılı bəyanatında bildirilib.
Məlumata görə, yardımın 1 milyardı ABŞ Dövlət Departamenti, 850 milyon dollar isə Pentaqon vasitəsilə ayrılacaq.
Həmçinin Ağ evin mətbuat xidməti ABŞ Prezidentinin Kiyevə 1 milyard dollar vəsaitin ayrılması haqqında sərəncamını dərc edib.