ABŞ Ukraynaya daha 4 HIMARS sistemi göndərəcək – Yeni hərbi yardım ZƏRFİ

Pentaqon Ukraynaya əlavə 4 HIMARS Reaktiv Yaylım Atəşi Sistemi (RYAS) göndərməyi qərara alıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin müdafiə naziri Lloyd Ostin açıqlayıb.

Onun sözlərinə görə, Ukrayna üçün nəzərdə tutulan yeni hərbi yardım zərfinə 4 HIMARS sistemi də daxildir.

Ostin əlavə edib ki, Ukrayna ordusu HIMARS sistemlərindən çox effektli istifadə edir və bu amil döyüş meydanında vəziyyəti xeyli dəyişib.

Sözügedən yardım zərfinə RYAS-lar və artilleriya üçün zəruri sursatlar da daxil edilib.