!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ Ukraynaya göndərmək üçün Cənubi Koreyadan haubitsa mərmiləri alacaq

!Reklam – Yazi

ABŞ Ukraynaya göndərmək üçün Cənubi Koreyadan 100 min haubitsa mərmisi alacağını açıqlayıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü polkovnik-leytenant Marti Mayners ölkəsinin Cənubi Koreyadakı özəl müdafiə sənayesi sektorundan sursat almaq üçün danışıqlar apardığını bəyan edib.

Mayners Cənubi Koreyanın regional təhlükələrə qarşı müdafiə hazırlıqlarını çətinləşdirməmək üçün Seulun öz hərbi anbarından sursat almayacaqlarını bildirib.

Digər tərəfdən Cənubi Koreya hökuməti Ukraynaya ölümcül olmayan dəstək vermək prinsipinə davam edir. Ona görə də Cənubi Koreya mərmiləri birbaşa Ukraynaya göndərmək əvəzinə ABŞ-yə satmaqla bu prinsipi qorumağı hədəfləyir.

Cənubi Koreya Müdafiə Nazirliyindən verilən açıqlamada ABŞ-nin silah-sursat ehtiyatlarına dəstək üçün bəzi top mərmilərinin satışı ilə bağlı danışıqların davam etdiyi bildirilib.

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın aprel ayında Mariupola hücumundan sonra Cənubi Koreyadan silah və sursat tələb etmişdi. Cənubi Koreya Müdafiə Nazirliyi Zelenskinin hava hücumundan müdafiə sistemləri ilə bağlı tələbini yerinə yetirə bilməyəcəklərini və yalnız ölümcül olmayan yardım göstərə biləcəklərini açıqlamışdı.

Cənubi Koreya Rusiyanın Ukraynaya təcavüzündən sonra Avropa ölkələrinin təhlükəsizliyini gücləndirmək üçün silah müqavilələri imzalayıb.

www.yenicag.az

266
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv