Vaşinqton administrasiyası Rusiyanın hərəkətlərindən asılı olmayaraq Ukraynaya hərbi yardımı davam etdirmək niyyətindədir.
Yenicag.az xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
“Biz ukraynalılara lazım olan hər şeyi təmin etməyə davam edəcəyik”, – deyə o bildirib.