ABŞ Ukraynaya hərbi yardımı dayandırdı

ABŞ-nin Ukraynaya hərbi yardımı dayanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ağ evin milli təhlükəsizlik üzrə koordinatoru Con Kirbi brifinqdə açıqlayıb.

“Göstərdiyimiz yardım hazırda dayandırılıb”, – Kirbi vurğulayıb.

Xatırladaq ki, ötən ilin dekabr ayının sonunda ABŞ Ukraynaya 250 milyon dollarlıq son yardım paketi ayırıb. 2024-cü il üçün davam edən maliyyələşdirmə hələ Konqres tərəfindən təsdiqlənməyib. Prezident Cozef Bayden bu məqsədlə 61 milyard dollar təklif edir, ancaq respublikaçılar amerikan sərhədlərin mühafizəsinə daha çox maliyyə tələb edirlər./Report/

COP29