ABŞ Ukraynaya hərbi yardımları dayandırsa… – “Avropanın bu ehtiyacları qarşılaması…” – “Washington Post”

Ağ Evin Ukraynaya hərbi yardımları dayandırmasının mümkün nəticələri hesablanıb.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, ABŞ-nin nüfuzlu “Washington Post” qəzeti bu mövzuya həsr edilmiş material yayımlayıb.

Məqalədə qeyd olunub ki, ABŞ-nin eks-prezidenti Donald Tramp yenidən dövlət başçısı postuna seçilərsə, bu halda Ağ Evin Ukraynaya hərbi yardımında kritik vəziyyət yaranacaq.

Müəllifin fikrincə, ABŞ-nin Ukraynaya hərbi yardımlarının kəsiləcəyi təqdirdə, Avropa ölkələri hətta birlikdə bu itkinin yerini doldurmaq imkanında olmayacaq.

Materialda vurğulanıb ki, Co Bayden administrasiyası müharibənin başladığı ilyarım ərzində Ukraynaya təqribən 75 milyard dollar həcmində hərbi yardım göstərib.

ABŞ-nin Ukraynaya köməyi daha çox birbaşa hərbi sursatlardan ibarət olduğu halda, Avropanın Kiyevə dəstəyi əsasən, maliyyə yardımından ibarət olub.