ABŞ Ukraynaya ölümcül silah alınması üçün 50 milyon ayırır

Birləşmiş Ştatlar Ukraynaya  ölümcül silahların alınması üçün 50 milyon dollar ayırmağı planlaşdırır.

Yenicag.az bildirir ki, bu haqda ABŞ-ın müdafiə büdcəsinin 2019-cu il üçün nəzərdə tutulan layihəsində deyilir.

Konqressin Nümayəndələr Palatasının saytında qeyd edilib ki, Ukraynanın təhlükəsizliyin təmin olunması üçün ümumilikdə 250 milyon dollar ayrılması planlaşdırılır. Bura, rəsmi Kiyevin kəşfiyyat xərcləri də daxildir.

Qeyd edək ki, büdcənin bu layihəsi hələ təsdiq olunmayıb. O, hələ bir sıra müzakirələrdən keçməlidir. Əvvəlcə sənədi, silahlı qüvvələrin işləri üzrə komitə, sonra aşağı palata və Senatın profil komitəsi, daha sonra isə bütün Senat təsdiq etməlidir.

Zaur H.

COP29