ABŞ Ukraynaya yeni yardım paketi hazırlayır – 375 milyon dəyərində

 

Vaşinqton F-16 qırıcıları üçün orta mənzilli raketlərin Kiyevə 375 milyon dollar dəyərində yeni yardım paketinə daxil edilməsi imkanını nəzərdən keçirir.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “Politico” qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, bu raketlər ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, bir sıra müttəfiqlər tərəfindən istifadə olunur, onlar 100 km-dən çox məsafədəki hədəfləri vura bilirlər.

Bundan əlavə, bazar ertəsi elan oluna biləcək yeni yardım paketinə artilleriya sursatları, raketlər və hava hücumundan müdafiə vasitələrinin daxil edilməsi planlaşdırılır.

Qəzet qeyd edir ki, yeni yardım paketinin məzmunu artıq yekunlaşmaq üzrədir və rəsmi elandan əvvəl dəyişikliklər ola bilər.

Rafi Müslümov

COP29