ABŞ və Cənubi Koreya müdafiə nazirləri görüşəcək – Hərbi təlimlər təxirə salınır

Gələn həftə Vaşinqtonda ABŞ və Cənubi Koreya müdafiə nazirlərinin görüşü baş tutacaq.

Yenicag.az xəbər verir ki, görüşdə hərbi əməkdaşlığına dair məsələlər, habelə birgə uçuş təlimləri, döyüş vaxtı əməliyyat idarəetməsinin ötürülməsi müzakirə olunacaq.

50-ci dəfə keçiriləcək görüşdə müttəfiqlərin Koreya yarımadasında nüvə silahının ləğvinə və davamlı sülhün təminatına dair əməkdaşlıq məsələləri də müzakirə ediləcək.

Güman olunur ki, görüşdə Şimali Koreya ilə aparılan danışıqlara mənfi təsir etməsi etimalını nəzərə alaraq cari il nəzərdə tutulan geniş “Vigilant Ace” uçuş təliminin təxirə salınmasına dair qərar qəbul ediləcək.

Qeyd edək ki, ötən il baş tutmuş təlimdə hər iki tərəfdən birlikdə 270 hərbi təyyarə və 12 mindən çox hərbi qulluqçu iştirak etmişdi.

COP29