ABŞ və Cənubi Koreya Pxenyana qarşı birləşdi

ABŞ və Cənubi Koreya Şimali Koreyanın nüvə və raket təhdidlərinə qarşı əməkdaşlığı genişləndirmək məqsədilə “nüvə çəkindirmə planı”na imza atıblar.

Yenicag.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Prezident Ofisi məlumat yayıb.

Açıqlamada Şimali Koreyanın Seula yönəlmiş istənilən nüvə hücumuna çevik və əzici cavab veriləcəyi bildirilib.

Planın detalları açıqlanmayıb.
COP29