ABŞ və Çin liderləri görüşəcək – TARİX

Amerika Birləşmiş Ştatları prezidenti Co Baydenlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında görüş keçiriləcək.

Yenicag.az ABŞ mediasına istinadən xəbər verir ki, Baydenlə Cinpin arasındakı görüş gələn həftənin bazar ertəsi günü onlayn şəkildə baş tutacaq.

Qeyd edək ki, iki ölkə arasındakı münasibətlər Tayvan və insan haqqları məşqlərinə görə gərginləşmişdi.